• çərşənbə axşamı, 23 aprel, 13:19
  • Baku Bakı 24°C

Aleksandr Səmədovun illik qazancı açıqlandı - Siyahı

30.10.13 17:32 1495
Aleksandr Səmədovun illik qazancı açıqlandı - Siyahı
Rusiya Premyer Liqasındakı futbolçular arasında ən çox əmək haqqı alanlar açıqlanıb. Lent.az-ın məlumatına görə, “sports.ru” saytının hazırladığı siyahıda 90 oyunçu yer alıb.
Onların arasında “Lokomotiv”də çıxış edən əslən azərbaycanlı hücumçu Aleksandr Səmədov da var. Rusiya millisində oynamağa üstünlük verən A. Səmədov ildə 2,3 milyon avro qazanır.
İlk “10-luğ”a isə aşağıdakı futbolçular düşüb (milyon avro ilə):
1. Halk (“Zenit”) – 7
2. Kevin Kuranyi (“Dinamo”) – 5,7
3. Aleksandr Kokorin (“Dinamo”) – 5
4 - 7. İqor Denisov (“Dinamo”) – 4
4 - 7. Yuri Jirkov (“Dinamo”) – 4
4 - 7. Lassana Diarra (“Lokomotiv”) – 4
4 - 7. Aksel Vitsel (“Zenit”) – 4
8. Mübarək Bussufa (“Lokomotiv”) – 3,9
9-10. Yann Mvila (“Rubin”) – 3,4
9-10. Danni (“Zenit”) – 3,4
Qeyd edək ki, siyahı hazırlanarkən, mənbə rolunu klub menecerləri, məşqçilər, agentlər, Rusiya Futbol İttifaqının əməkdaşları və futbolçuların özləri oynayıblar. Rəqəmlər futbolçuların illik əmək haqqı və müqavilə imzalayarkən aldıqları bonusların bir ilə düşən orta göstəricisi əsasında müəyyənləşdirilib. Bəzi futbolçuların müqaviləsi artan şkala üzrə nəzərdə tutulub. Bu zaman müqavilə müddətində orta qazanc götürülüb.
banner

Oxşar Xəbərlər