• şənbə, 20 Aprel, 17:15
  • Baku Bakı 23°C

Aleksandr Proxanov: "Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır"

14.09.17 15:00 972
Aleksandr Proxanov: "Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır"
"Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında Rusiyanın tanınmış yazıçısı, ictimai-siyasi xadim, "İzborski Klub"un sədri Aleksandr Proxanov deyib.
"Regionda vəziyyət çox mürəkkəbdir. Lakin Azərbaycan öz harmonik yerini tapmağa nail olub. Bakı bu və ya digər ittifaqlara qoşulmur. Azərbaycan Rusiya və Türkiyə, o cümlədən Rusiya və İran münasibətlərində vacib rol oynayır. Azərbaycan bu gün bütün dünyanın asılı olduğu regionda çox uğurlu fəaliyyət göstərir", - o qeyd edib.
banner

Oxşar Xəbərlər