• cümə axşamı, 25 aprel, 10:55
  • Baku Bakı 14°C

Aleksandr Oxrimenko: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur

13.08.18 14:15 427
Aleksandr Oxrimenko: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur
Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar açacaq.
Bu fikriAZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəriAleksandr Oxrimenko deyib.
O qeyd edib ki, 22 ildən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur. Artıq Xəzəryanı ölkələrin təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropa dövlətlərinə çatdırılması üçün geniş perspektivlər açılıb. Bu, Azərbaycan və Orta Asiya ölkələrinin iqtisadiyyatının inkişafı və rifahının daha da artırılması üçün çox faydalı olacaq.
banner

Oxşar Xəbərlər