• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Aleksandr Novak: Rusiya neftin hazırkı qiymətindən razıdır

05.10.17 16:17 1177
Aleksandr Novak: Rusiya neftin hazırkı qiymətindən razıdır
Rusiya neftin hazırkı qiymətindən razıdır.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Neftin mövcud qiyməti bizi qane edir. Öz hədəflərimizə çatmağa başladıq. Bazar da yavaş-yavaş tarazlaşır”, - deyə A.Novak qeyd edib.
O deyib ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən razılaşma çərçivəsində OPEC+ sazişinin iştirakçısı olan 24 ölkə üzərinə düşən öhdəliyi yerinə yetirir. Neftin qiymətinin bahalaşması bu sahəyə investisiyaların da artmasına səbəb olub. Birgə səylər nəticəsində neft sənayesində dirçəlişə nail olub və enerji bazarını daha etibarlı edə bilərik.
Neft istehsalının əhəmiyyətli səviyyədə azaldığını xatırladan A.Novak digər ölkələrin də OPEC+ sazişində iştirakından məmnunluq duyacaqlarını bildirib.
banner

Oxşar Xəbərlər