• cümə axşamı, 25 aprel, 18:13
  • Baku Bakı 21°C

Aleksandr Novak: İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir

13.09.18 15:22 560
Aleksandr Novak: İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir
İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
O bildirib ki, neft bazarı bəzi ölkələrdə istehsalın azalması ilə əlaqədar olaraq kövrək hala gəlib: "Bazar İranla bağlı qeyri-müəyyənliklə yanaşı, geosiyasi proseslərdən də təsirlənir. Bu, İrandan gündəlik 2 milyon barrel neft idxal edən ölkələrə mənfi təsir göstərir”.
Qeyd edək ki, ABŞ noyabrdan etibarən İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu da neft bazarına öz təsirini göstərir və "qara qızıl”ın qiymətində bahalaşmanı dəstəkləyir.
banner

Oxşar Xəbərlər