• çərşənbə axşamı, 23 aprel, 12:44
  • Baku Bakı 24°C

Aleksandr Novak: Çətin ki, yaxın illərdə neftin qiyməti 2014-cü il səviyyəsinə çatsın

26.05.17 10:50 842
Aleksandr Novak: Çətin ki, yaxın illərdə neftin qiyməti 2014-cü il səviyyəsinə çatsın
Yaxın illərdə neftin qiymətinin 2014-cü il səviyyəsinə çatması çətin ki, mümkün olsun.
AZƏRTAC"RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak CNBC televiziyasına müsahibəsində deyib.
Qeyd edək ki, neftin qiyməti 2014-cü ildə bir barel üçün təxminən 115 dollar təşkil edirdisə, 2016-cı ildə üç dəfədən çox - 30 dollaradək aşağı düşmüşdü. Hazırda Brent markalı neftin bir barelinin qiyməti 51,36 dollar, WTI nefti isə 48,80 dollar təşkil edir.
Ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısınadək olan müddəti əhatə edib.
Ötən gün isə OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.
banner

Oxşar Xəbərlər