• şənbə, 20 Aprel, 12:35
  • Baku Bakı 23°C

Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

23.05.18 20:56 487
Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.

Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".
banner

Oxşar Xəbərlər