• cümə, 29 Mart, 05:42
  • Baku Bakı 7°C

Albaniyanın sabiq prezidenti ADU-da

30.10.14 14:45 1413
Albaniyanın sabiq prezidenti ADU-da
Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan Albaniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep Meydani ilə görüşüb. ADU-nun mətbuat xidmətindən “Kaspi”yə verilən məlumatda bildirilir ki, Səməd Seyidov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək, Albaniyanın sabiq prezidentinə Dillər Universitetinə gəldiyinə görə təşəkkür edib. Universitetin fəaliyyətindən danışan rektor qonağa təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verərək məhz ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla ADU-ya universitet statusu verildiyini bildirib. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor universitetin bir sıra ölkələrinin ali təhsil ocaqları ilə əməkdaşlığından söz açaraq universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Norveç, Çin, Yapon, Koreya, Malay və İndoneziya dillərinin də tədris olunduğunu bildirib. S.Seyidov universitetdə bu dillərin tədrisi ilə yanaşı, həm də ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb və ADU-da Şərq dillərinin və mədəniyyətinin öyrənildiyini qeyd edib.
Azərbaycan ilə Albaniya arasındakı əməkdaşlıqdan danışan rektor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib və dahi şairin dünya mədəni irsinə daxil olduğunu vurğulayıb. Albaniyanın sabiq prezidenti Azərbaycanda və ADU-da olmaqdan məmnun olduqlarını bildirərək iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi, mədəniyyət və təhsil sahəsində davam etdiyini qeyd edib.
Görüşdən sonra Recep Meydani Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə “İnsan təhlükəsizliyi” mövzusunda mühazirə oxuyub və tələbələrin suallarını cavablandırıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər