• şənbə, 20 Aprel, 07:55
  • Baku Bakı 14°C

Albaniya millisi İsveçrəyə uduzub

11.06.16 20:14 1503
Albaniya millisi İsveçrəyə uduzub
Avropa çempionatının "A” qrupu çərçivəsində ikinci oyun keçirilib.

APA-nın verdiyi xəbərə görə, Fransanın Lens şəhərində Albaniya və İsveçrə milli komandaları qarşılaşıb. Matçın 5-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Fabian Şar hesabı açıb.

Qarşılaşmanın ikinci hissəsində hesab dəyişməyib. Beləliklə, tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparan Albaniya millisi 0:1 hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər