• cümə axşamı, 18 aprel, 10:07
  • Baku Bakı 12°C

Aktiv vergiödəyicilərinin sayı 11,5 faiz artıb

16.05.19 15:30 617
Aktiv vergiödəyicilərinin sayı 11,5 faiz artıb
Bu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergiödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.
Vergilər Nazirliyinin media və kommunikasiya xidmətindənAZƏRTAC-a bildirilib ki, nazirliyin iqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən dəyirmi masada bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz olduğunu deyib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizədək artım müşahidə edilib.
Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergiödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı isə 36 min 558 olub.
banner

Oxşar Xəbərlər