• cümə, 29 Mart, 13:22
  • Baku Bakı 14°C

Aksiyalarda maska və üz örtüklərindən istifadə etmək olmayacaq

26.11.13 09:05 1306
Aksiyalarda maska və üz örtüklərindən istifadə etmək olmayacaq
Milli Məclisdən APA-ya verilən məlumata görə, bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır.
Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
banner

Oxşar Xəbərlər