• çərşənbə axşamı, 16 aprel, 08:35
  • Baku Bakı 14°C

Aksiyaçıların Nazirlər Kabinetini tutmaq cəhdinin qarşısı alındı

25.11.13 08:23 1414
Aksiyaçıların Nazirlər Kabinetini tutmaq cəhdinin qarşısı alındı
APA-nın məlumatına görə, 100 minədək insanın toplaşdığı aksiyaya polis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına “Berkut” xüsusi təyinatlı qüvvələri cəlb olunub, lakin onlar mitinqi dağıda bilməyiblər. Hələlik, yalnız aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru hərəkətinin qarşısını almaq mümkün olub.
Axşam saatlarında müxalifət “Avropa” meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyillər, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdırlar.
Müxalifət Vilnüs sammitinə qədər “Avropa” meydanından çıxmayacağını bəyan edib. Bəyanatda bildirilir ki, əgər Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalamasa, aksiyalar nəticə əldə olunana kimi davam edəcək.
Hazırda əsas mitinq “Avropa” meydanında keçirilir. Kütlənin sıx olduğu yerlərə bir neçə dəfə qatı tüstü müşahidə olunub. Müxalifət qaz şaşkalarının Yanukoviçin lideri olduğu Regionlar Partiyasının atdığını bildirir.
Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda bir “Berkut” xüsusi təyinatlısının yaralandığını bildirib.
Rəsmi məlumata görə, nümayişçilərdən xəsarət alan yoxdur. Hazırda hökumət binası qarşısında vəziyyət sabitdir. “Berkut” qüvvələri binanın mühafizəsini təmin edir. Nazirlər Kabinetinin qarşısında bir neçə yüz nəfər qalıb, aksiya iştirakçıları “Avropa” meydanına və Radaya doğru hərəkət etməyə başlayıblar.
Ukraynanın bütün şəhərlərində Avropaya inteqrasiya tərəfdarlarının mitinqləri keçirilir. Kiyevdən fərqli olaraq digər şəhərlərdə aksiya iştirakçılarının sayı nəzərəçarpacaq dərəcədə azdır.
banner

Oxşar Xəbərlər