• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Akrobatlarımız Rusiyada qızıl və gümüş medallar qazandılar

11.09.17 11:40 935
Akrobatlarımız Rusiyada qızıl və gümüş medallar qazandılar
7-9 sentyabr tarixlərində Rusiyanın Veliki Novqorod şəhərində akrobatika gimnastikası üzrə "Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil etmək üçün Rusiyaya yollanan yığma komandamızın üzvləri uğurlu çıxışlar nümayiş etdirərək 3 medal qazanıblar. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev-Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400), gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.
13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz yalnız Almaniya komandasından geri qalaraq 85.450 xalla gümüş medal qazanıblar.
Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.
Sonuncu medal sevincini qadın qrupumuz yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.
banner

Oxşar Xəbərlər