• şənbə, 20 Aprel, 00:21
  • Baku Bakı 15°C

AKP sədrinin müavini: "Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib"

14.07.17 13:14 907
AKP sədrinin müavini: "Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib"
"Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə ki, xaricdən dəstəklənib".


APA-nın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.


M. Ünal deyib ki, bu hərbi çevriliş cəhdinin ABŞ-ınNATO-da müttəfiqi olan, Avropa İttifaqına üzvlüyə namizəd bir ölkədə baş verməsi təəccüblüdür: "Ancaq əlimizdə bu hərbi çevriliş cəhdinin konkret hansı xarici ölkə tərəfindən dəstəkləndiyi barədə konkret dəlil yoxdur".


AKP sədrinin müavini hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edib.
banner

Oxşar Xəbərlər