AKP-nin binasına hücum edən terrorçu tutulub
İstanbul Polis İdarəsi və AKP-nin binasına hücum edən terrorçu tutulub.
Türkiyə KİV-lərinin məlumatına görə, terrorçu İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsinin üzvü Şərif Turunçdur. O, Tekirdağ rayonunda saxlanılıb. Hücum zamanı onun Light Anti-Tank Weapon (LAW) silahından istifadə etdiyi bildirilir.