• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

“Akop İnciqulyan istəsə, Ermənistana qaytarılacaq”

21.08.13 09:37 1670
“Akop İnciqulyan istəsə, Ermənistana qaytarılacaq”
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni əsir Akop İnciqulyanın öz ölkəsinə qaytarılmasında problem görmür”. Bu açıqlamanı APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov verib.
Ş. Sayılov bildirib ki, əsirin hansı səbəbdən sərhədi keçməsi aydınlaşandan sonra öz istəyindən asılı olaraq ölkəsinə təhvil verilə və yaxud üçüncü ölkəyə göndərilə bilər: “Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirlə görüşüblər. Yəqin ki, görüşdə onun öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib. Hər şey əsirin öz istəyindən asılıdır. Əgər Ermənistana getmək istəsə, qaytarılacaq. Biz bu məsələdə problem görmürük”.
Qeyd edək ki, avqustun 7-dən 8-ə keçən gecə erməni silahlı bölmələrinin hərbiçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
banner

Oxşar Xəbərlər