• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

“Akkord”dan su basan tunellərlə bağlı açıqlama

24.09.13 13:51 1573
“Akkord”dan su basan tunellərlə bağlı açıqlama
Ötən gecə Bakıda yağan güclü yağış nəticəsində şəhər infrastrukturunda bəzi problemlər yaradıb.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva “APA-Economics”ə bildirib ki, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə “Gənclik” metro stansiyası tərəfə istiqamətlənib. Bu səbəbdən “Gənclik” metro stansiyası ətrafında yeni inşa edilən “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı”nda su yığını əmələ gəlib.
Tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb. Sel sularının yığılması və kənarlaşdırılması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur.
banner

Oxşar Xəbərlər