• cümə, 19 Aprel, 18:43
  • Baku Bakı 24°C

Akim Bədəlov: "Azərbaycan 2030-cu ilədək qaz tullantılarının 35%-nin qarşısını alacaq"

18.10.16 11:50 993
Akim Bədəlov: "Azərbaycan 2030-cu ilədək qaz tullantılarının 35%-nin qarşısını alacaq"
"Azərbaycan 2030-cu ilə qədər qaz tullantılarının 35%-nin qarşısını almağı hədəf götürüb". "APA-Economics" xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın energetika balansımızda alternativ və bərpa olunan enerjinin payı 16% təşkil edir: "Bu dünya üzrə pis göstərici deyil. 2020-ci ilədək bu rəqəmin 20%-ə yaxın olacağını hədəf kimi götürmüşük. Bu gün Azərbaycanda bu sahədə görülən işlər və dəstək imkan verir ki, biz nəzərdə tutduğumuz hədəflərimizə çataq".
Sosial səhifələrdə paylaş
banner

Oxşar Xəbərlər