AZE | RUS | ENG |

Akif Çovdarov barədə məlumatlara münasibət bildirilib

Akif Çovdarov barədə məlumatlara münasibət bildirilib
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkilinin onun səhhətində yaranmış problemlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Tibb Baş İdarəsindən APA-ya deyilib ki, A. Çovdarovun vəziyyəti stabildir, o həkim nəzarəti altındadır.
 
İdarədən onu da bildiriblər ki, A. Çovdarova lazım olan müayinələr və müalicələr aparılır: "Akif Çovdarovun öz istədiyi həkim tərəfindən müayinələri təşkil olunur. Hospital və müalicə müəssisəsinin kardioloq - mütəxəssislərinin mütəmadi müayinələri aparılır. Öz həkimlərinin rəyləri ilə hospital və müalicə müəssisəsinin rəyləri üst-üstə düşür. Akif Çovdarov təyin edilən müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyəti stabil olur. Hazırda onun vəziyyəti stabil olaraq qalır”.
 
Qeyd edək ki, A. Çovdarovun vəkili onun səhhətində problemlər olduğu barədə açıqlama verib.
 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000