• cümə, 19 Aprel, 20:53
  • Baku Bakı 24°C

Akif Nağı Gürcüstan prezidentinə sərt məktub yazdı

13.01.14 12:38 1306
Akif Nağı Gürcüstan prezidentinə sərt məktub yazdı
QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, Azərbaycan hökuməti həmişə birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünə dəstək verib, Rusiya kimi iddialı və aqressiv bir dövlətdən çəkinmədən bu ölkənin Gürcüstan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyib, Abxaziya və Cənubi Osetiyanı Gürcüstan əraziləri hesab etdiyini dəfələrlə bildirib: “Təəssüf ki, biz Sizin hakimiyyətdən eyni münasibəti görmür, əksinə, nə üçünsə işğalçı Ermənistanın şıltaqlıqları ilə oynadığınızı, lüzumsuz bir “neytrallıq” siyasətinizi müşahidə edirik. Biz bu siyasəti başa düşə və qəbul edə bilmərik. İşğalçı öz adı ilə adlandırılmalı, işğala məruz qalan tərəfə isə açıq dəstək verilməlidir. Biz dostluq, qonşuluq münasibətini belə görürük. Sizi özümüzə dost bilir və seçiminizi etməyinizi istəyirik: işğalçı Ermənistanlasınız, yoxsa bizimlə? Artıq seçim etməyin vaxtıdır”.
A. Nağı bildirib ki, Gürcüstanda azərbaycanlıların problemlərinə diqqət yetirilmir: “Gürcüstanda olarkən belə bir yanaşmanın şahidi olduq ki, azərbaycanlıların problemlərini həll etmək deyil, həmin problemlərin Gürcüstan hakimiyyəti üçün çətinlik yaratmamasına çalışırlar. Ona görə də bölgəyə yerli əhalinin problemləri ilə tanış olan, həmin problemləri həll etmək istəyən adamlar deyil, mərkəzi hakimiyyətə yarınan, daha pisi, Arnold Stepanyan deyilən mafiozun rəhbərlik etdiyi erməni lobbisinin təsiri altında olan, onlara xidmət edən şəxslər nümayəndə kimi təyin olunurlar. Bu, yaxşı sonluqla qurtarmayacaq, bu siyasətə son qoyulmalıdır. Yer, şəhər, kənd, çay adları kobud və primitivcəsinə gürcüləşdirilir. Bölgənin qədim “Borçalı” adının üzərindən xətt çəkib, “Kvemo Kartli” adlandırırsınız. Adların sonuna “i”, “o” artırmaqla, Sadaxlını “Sadaxlo”, Qaçağanı “Qacaqani”, Marnulu “Marneuli” və s. etməklə nəyə nail olmaq istəyirsiniz? Ermənilərin yaşadıqları ərazilərdə nə üçün bunları edə bilmirsiniz? Deməli, sizlərdə belə bir fikir var ki, azərbaycanlılara qarşı nə istəsən edə bilərsən. Bu yanlış mövqedən çəkinməlisiniz”.
banner

Oxşar Xəbərlər