• cümə, 19 Aprel, 20:00
  • Baku Bakı 24°C

Akif Əlizadə: “Günəş enerjisindən kifayət qədər istifadə edə bilmirik”

13.06.17 12:40 877
Akif Əlizadə: “Günəş enerjisindən kifayət qədər istifadə edə bilmirik”
"Son zamanlar baş verən qlobal iqlim dəyişmələri Azərbaycana da öz təsirlərini göstərir. Bu isə torpaq, iqlim ehtiyatlarının öyrənilib modernləşdirilməsini təmin edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkənin yerləşdiyi coğrafi məkan burada böyük iqlim ehtiyatlarının formalaşmasına imkan yaradır. Akademik qeyd edib ki, Azərbaycan ərazisi böyük günəş ehtiyatlarına malikdir: "Ölkədə 1 kvadrat santimetr əraziyə 150 kilokalori istilik düşür. Azərbaycanda günəşli saatlar illik 2000-2900 saat arasında dəyişir. Amma biz bundan kifayət qədər istifadə edə bilmirik”.
A.Əlizadə deyib ki, son 20-25 ildə ölkə ərazisində havanın orta illik temperaturu 0,5-1,4 dərəcə yüksəlib. Onun sözlərinə görə, bu isə öz növbəsində ölkədə fəal temperatur cəminin 250-350 dərəcə artması deməkdir: "Nəticədə günəş sevən bitkilərin areallarının daha çox yetişdirilməsi üçün şərait yaranacaq, bir ildə 2 dəfə bitki götürmək imkanları olacaq. Bu gün Azərbaycan ərazisinin 20 faizinin zəbt edilməsi həmin ərazilərdə kənd təsərrüfatının obyektiv-subyektiv səbəbdən kənarda qalması, torpaqlara daha çox qayğı göstərilməsini tələb edir”.
banner

Oxşar Xəbərlər