• çərşənbə, 24 Aprel, 11:15
  • Baku Bakı 13°C

Akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib - Fotolar

06.04.18 12:30 934
Akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib - Fotolar
Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş "Səhiyyədə müasir nailiyyətlər" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Milli Oftalmologiya Mərkəzinin, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) və digər tibb müəssisələrinin mütəxəssisləri iştirak ediblər.
Bakı Ürək Mərkəzinin baş həkimi Könül Xəlilova bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub: "Zərifə xanım oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların - "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-yə yaxın elmi iş, 1 ixtira və 12 səmərəli təklifin müəllifidir".
Baş həkim Z. Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini də vurğulayıb.
RMDM-nin oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov qeyd edib ki, oftalmologiya elminin inkişafı nəticəsində ölkədə oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullar və texnologiyalardan istifadə olunur: "Bu isə ölkəmizdə bir çox xəstəliklərin müalicəsinə və mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yaradıb".
Şöbə müdiri Azərbaycanda gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsi ilə bağlı prezident sərəncamının imzalandığını da xatırladıb.
RMDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı Əhməd Memiş Azərbaycanda tibbin bu sahəsində görülən işlərlə bağlı məruzə edib.
Tədbir çıxışlarla davam etdirilib.






banner

Oxşar Xəbərlər