AZE | RUS | ENG |

Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə "Açıq qapı” günü keçiriləcək.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Açıq qapı” günü çərçivəsində "Qarabağnamə” tamaşası nümayiş olunacaq.
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Yanvarın 20-də nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Ramiz Məlik, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Əjdər Həmidov, Hacı İsmayılov, Sabir Məmmədov, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Rövşən Kərimduxt, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916