• cümə, 26 Aprel, 22:20
  • Baku Bakı 22°C

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb

24.05.14 10:37 1121
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
Akademik Milli Dram Teatrı beynəlxalq festivallarda və xarici qastrol səfərlərində iştirak etməklə yanaşı ölkədaxili qastrol səfərlərinə böyük əhəmiyyət verir. Kollektiv 21-25 may tarixlərində Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir şəhərlərində qastrolda olacaq. Teatr qastrolda C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Anamın kitabı” dramını və “Danışan gəlincik” uşaq tamaşasını nümayiş etdirəcək.
“Anamın kitabı” tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları Əməkdar Artistlər Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Şəlalə Şahvələdqızı (Gülbahar), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), İradə Həsənova (Zəhra Bəyim), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Dilarə Nəzərova (Zivər xanım), Elnar Qarayev (Qənbər), Mətləb Abdullayev (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor), Cümşüd Zeynalov (Polis) və Əlləz Əhmədov (Polis) ifa edirlər.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.
"Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
A.Şaiqin əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar artist Şəlalə Şahvələdqızı (Mürəbiyyə), aktyorlar aktyorlar Rəşad Bəxtiyarov (Xidmətçi, Siçan), Elnar Qarayev (Padşah, Çoban), Günel İmanova (Şahzadə, Tıq-tıq) və Xədicə Novruzlu (Gəlincik) çıxış edirlər.
banner

Oxşar Xəbərlər