• cümə, 29 Mart, 16:56
  • Baku Bakı 14°C

Akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar 4500 ağac əkilib

14.12.17 14:40 2992
Akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar 4500 ağac əkilib
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
NazirlikdənAPA-ya verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qala-Türkan yolunun ətrafındakı 7 hektar ərazidə 4500 ədəd badam ağacı əkilib.
"Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan prezidenti tərəfindən Sərəncam imzalanıb. Sözügedən Sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı”na əsasən qurum tərəfindən silsilə tədbirlər keçirilir.
Nazirlikdən əlavə olunub ki, ictimai-siyasi xadim, professor, Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki Həsən Əliyevin Azərbaycan təbiətinin və ətraf mühitin mühafizəsi sahəsindəxidmətləri əvəzsizdir.
banner

Oxşar Xəbərlər