• cümə, 26 Aprel, 18:09
  • Baku Bakı 22°C

Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi ilə bağlı elmi seminar keçiriləcək

30.05.17 10:30 1064
Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi ilə bağlı elmi seminar keçiriləcək
İyunun 1-də görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Seminarın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Əmlak Məsələləri Dövlət Komitəsidir.
Bu barədəAZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Tədbirdə görkəmli alim, akademik Həsən Əliyevin həyatı, elmi və ictimai fəaliyyəti, torpaq idarəçiliyində CİS-in tətbiqi, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından istifadə, Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan istifadə, Abşeronun texnogen torpaqlarının ekocoğrafi problemləri mövzularında məruzələr dinləniləcək.
banner

Oxşar Xəbərlər