• cümə axşamı, 25 aprel, 13:06
  • Baku Bakı 23°C

ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib

16.06.17 09:30 815
ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.APA-nın Moskva müxbiri xəbər verir ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinintəşkilatın qeydiyyatının ləğv edilməsi ilə bağlı 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına şikayət verib.
Qeyd edək ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar çıxarıb. Qərara əsasən, ÜAK-ın qeydiyyatı ləğv olunub.
Ədliyyə Nazirliyindən bir müddət əvvəlAPA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. RusiyaƏdliyyə Nazirliyi"İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, RusiyaƏdliyyə Nazirliyitəşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
ÜAK prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib.
ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidentiVladimir Putinə və baş naziriDmitri Medvedevə müraciət edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb
banner

Oxşar Xəbərlər