• çərşənbə axşamı, 23 aprel, 22:26
  • Baku Bakı 20°C

Çağırışçılar bunu SMS vasitəsilə öyrənə biləcəklər

30.09.14 11:19 1541
Çağırışçılar bunu SMS vasitəsilə öyrənə biləcəklər
Azərbaycanda oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar bu gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi İnternet saytı üzərindən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatları əldə edə bilərlər.
Bu barədə APA-ya SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Vətəndaşlar SHXÇDX-nin rəsmi saytında «Elektron xidmət» bölməsinə daxil olaraq orada özləri haqqında informasiyaları yazmaqla xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.
Qeyd edək ki, SHXÇDX tərəfindən vətəndaşlara hazırda 5 elektron xidmət (çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmət keçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, SHXÇDX-nə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu) göstərilir.
banner

Oxşar Xəbərlər