Çağırışçı gənclər hərbi xidmətə yola salınıb
Yanvarın
10-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)
Masallı rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının,
hüquq-mühafizə orqanlarının, ictimaiyyətinnümayəndələrinin iştirakı ilə çağırışçı
gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.
Azərbaycanın
Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilən tədbirdə SHXÇDX-nin
Masallı
rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çıxış edərək
hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Vətən
qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçılar, valideynlərini və
yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan
danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu
quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki
bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə
saxlayıb.
O, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini
və Azərbaycan ordusunun bu gün regionun ən güclü ordusuna çevrildiyini
vurğulayıb.
Şöbə rəisi bu
gün hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz, cəsur və
layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlı, habelə veteranlar və valideynlər çağırışçıların
hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın
keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə
yetirmələrinin vacibliyindən danışıb, gənclərə şərəfli əsgər həyatı arzulayıblar.
Çağırışçılar
adından çıxış edənlər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə
dərindən yiyələnəcəklərini söyləyiblər.
Rəngarəng
konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənə ilə Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola
düşüblər.