• cümə axşamı, 25 aprel, 19:53
  • Baku Bakı 21°C

Çağırışçı gənclər hərbi xidmətə yola salınıb

11.01.19 11:45 533
Çağırışçı gənclər hərbi xidmətə yola salınıb
Yanvarın 10-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətinnümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.
Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilən tədbirdə SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçılar, valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb.
O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan ordusunun bu gün regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb.
Şöbə rəisi bu gün hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, habelə veteranlar və valideynlər çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb, gənclərə şərəfli əsgər həyatı arzulayıblar.
Çağırışçılar adından çıxış edənlər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini söyləyiblər.
Rəngarəng konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənə ilə Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.
banner

Oxşar Xəbərlər