• cümə axşamı, 25 aprel, 05:54
  • Baku Bakı 19°C

Ağır yol qəzası: 2 ölüb, üç yaralı

30.07.13 14:09 1285
Ağır yol qəzası: 2 ölüb, üç yaralı
APA-nın məlumatına görə, bu gün saat 14.00 radələrində Bakı-Qazax yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Neftçala sakini 1965-ci il təvəllüdlü Əhmədov Tərlan Damət oğlunun idarə etdiyi KAMAZ markalı 50 CX 137 dövlət nömrə nişanlı avtomobillə, Cəbrayıl rayon sakini, 1951-ci il təvəllüdlü Salahov Elmar İsib oğlunun idarə etdiyi “Mersedes” markalı 30 BF 256 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “Mersedes”in sərnişinlərindən ikisi ölüb, xəsarət alan sürücü və daha iki sərnişin Şirvan şəhər xəstəxanasının reanimasiya və travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerində ölən şəxsləri Hacıqabul rayon FHN-in əməkdaşları xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarıblar. Hal-hazırda ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər