• cümə axşamı, 28 mart, 12:53
  • Baku Bakı 16°C

"Ağır xəstəliyi olan məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın yenidən işlənməsi təklif edilir

09.03.21 11:10 331
"Ağır xəstəliyi olan məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın yenidən işlənməsi təklif edilir
Ruhi xəstəliklərdən əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı səmərəli mexanizmin hazırlanması təklif olunur.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə ruhi xəstəliklərdən əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı səmərəli mexanizmin hazırlanması və bu məqsədlə Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli, 4-N nömrəli ilə təsdiq edilmiş "Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın yenidən işlənərək qəbul edilməsi təklif edilir.

banner

Oxşar Xəbərlər