• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

Ağır xəsarət növləri müəyyənləşdi - Siyahı

09.08.14 09:46 1098
Ağır xəsarət növləri müəyyənləşdi - Siyahı
Nazirlər Kabinetinin saytının verdiyi məlumata görə, həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.
Həyat üçün təhlükəli olan xəsarətlərin bir qismi kəllə və onurğa ilə bağlıdır. Bura kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının zədələnib-zədələnməməsindən asılı olmayaraq), kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları, baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri, həyat üçün təhlükəli olan kəllədaxili epidural, subdural və ya subaraxnoidal qansızmalar, onurğa kanalına keçən yaralar (onurğa beyninin zədələnib-zədələnməməsindən asılı olmayaraq), boyun fəqərələrinin sınıq-çıxığı, cisimlərinin və ya hər iki qövsünün sınıqları, yaxud birinci və ya ikinci boyun fəqərələrinin qövsünün birtərəfli sınıqları (onurğa beyni funksiyasının pozulmasından asılı olmayaraq), boyun fəqərələrinin çıxıqları, onurğa beyninin boyun şöbəsinin qapalı zədələri, onurğa beyni funksiyasının pozulması ilə və ya kliniki təsdiq edilmiş ağır dərəcəli şokla nəticələnən bir və ya bir neçə döş, yaxud bel fəqərələrinin sınıqları, yaxud sınıq-çıxıqları, ağır onurğa şoku və ya çanaq üzvlərinin funksiyasının kəskin pozulması ilə müşayiət olunan onurğa beyninin döş, bel və oma seqmentlərinin qapalı zədələri daxildir.
Udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə keçən yaraları, ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə və ya həyat üçün başqa təhlükəli təzahürlərlə müşayiət edilən, selikli qişanın cırılması ilə olan qırtlaq, traxeya qığırdaqlarının və dilaltı sümüyün qapalı sınıqları, döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) ağır xəsarətlər sırasındadır. Ağır xəsarət növlərinə qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boş­luğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq), döş qəfəsinin, qarnın, çanaq boşluğu üzvlərinin , eləcə də peritonarxası üzvlərin qapalı zədələnmələri, uzunborulu sümüklərin - bazu, bud və qamış sümük­ləri­nin açıq sınıqları, ağır dərəcəli şok və ya çoxlu qanitirmə ilə, yaxud sidik kanalının mağaralı hissəsinin cırılması ilə müşayiət edilən çanaq sümüklərinin sınıqları, ağır dərəcəli şoka və ya kollaps törətmiş çoxlu qanitirməyə, klinik nəzərəçarpan piy və ya qaz emboliyasına, kəskin böyrək çatışmazlığı əlamətləri ilə müşayiət olunan travmatik toksikoza səbəb olan zədələr, iri qan damarlarının zədələnmələri də daxildir. Ağır xəsarət növlərinə aid edilən yanıqlar və donmalar da müəyyənləşdirilib. Bədən səthinin 15 faizdən çox sahəsini əhatə edən III-IV dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 20 faizdən çox sahəsini əhatə edən III dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 30 faizdən çox sahəsini əhatə edən II dərəcəli termiki yanıqlar və donmalar, eləcə də az sahəsini əhatə edən, lakin ağır dərəcəli şok törədən yanıqlar və donmalar, səs yarığının ödemi və daralması əlamətləri ilə müşayiət olunan tənəffüs yollarının termiki yanıqları, yerli təsirdən başqa, həyat üçün təhlükəli olan ümumi toksiki təsir göstərən qatı turşuların, aşındırıcı qələvilərin və digər kimyəvi birləşmələrin, müxtəlif yandırıcı maddələrin törətdikləri yanıqlar bura daxildir.
Həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlərə isə müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok, müxtəlif etiologiyalı koma, massiv (çoxlu) qanitirmə, kəskin ürək və ya damar çatışmazlığı, kəskin böyrək və ya qara ciyər çatışmazlığı, ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı, irinli-septik vəziyyət, daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən qan dövranı pozuntuları və həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi daxildir./apa/
banner

Oxşar Xəbərlər