• cümə axşamı, 25 aprel, 14:23
  • Baku Bakı 23°C

Ağır qəzaya düşmüş zəvvarlarımız vətənə dönüblər

14.04.14 09:43 1193
Ağır qəzaya düşmüş zəvvarlarımız vətənə dönüblər
Ötən gün İranın Ərdəbil vilayətində qəza keçirən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb.
APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar.
İranın Azərbaycandakı səfirliyi həmçinin zəvvarlara kompensasiya ödənəcəyini açıqlayıb.
Qeyd edək ki, aprelin 13-də azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də qəzaya uğrayıb. Hadisə Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 42 sərnişin olub. Onlar dərhal avtobusdan təxliyə olunub. Zəvvarlardan 6 nəfəri yüngül bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıblar və ilkin tibbi müayinədən sonra Ərdəbilə aparılaraq Azərbaycana yola salınıblar.
banner

Oxşar Xəbərlər