• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Ağır atletika üzrə zona yarışları keçiriləcək

24.01.17 10:40 1099
Ağır atletika üzrə zona yarışları keçiriləcək
Yanvarın 26-dan fevralın 1-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə zona yarışları keçiriləcək.
AZƏRTACxəbər verir ki, yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Yanvarın 29-30-da Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər yarışacaqlar.
Şəxsi xarakter daşıyan yarışlara yalnız texniki cəhətdən hazırlıqlı idmançılar buraxılacaqlar. Zona turnirlərində 1999-2007-ci il və daha böyük təvəllüdlü kişi və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.
banner

Oxşar Xəbərlər