• çərşənbə, 24 Aprel, 07:35
  • Baku Bakı 13°C

“Ağıllı Körpü” (Smart Bridge) layihəsi başa çatıb

27.09.19 17:03 1175
“Ağıllı Körpü” (Smart Bridge) layihəsi başa çatıb
Bu gün İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə reallaşdırdığı "Ağıllı Körpü” (Smart Bridge) layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda innovasiya iqtisadiyyatının, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən islahatlardan, həmçinin islahatların əhatə dairəsi və uğurlu nəticələrindən söz açdı. Nazir müavini qeyd etdi ki, Möhtərəm dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkənin dayanıqlı və kompleks inkişafını təmin edir: " Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi, həmçinin texnologiyanın transferi və kommersiyalaşdırılmasına əsaslan bilik əsaslı iqtisadiyyatın formalaşmasına xidmət edir. Texnologiyanın transferi və kommersiyalaşdırlmasına əsaslanan innovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual sahələrdən biridir. Təsadüfü deyil ki, dünya iqtisadiyyatında geniş formada cərəyan edən, həmçinin investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir. Əməkdaşlığa və göstərilən dəstəyə görə, Koreya Respublikasına, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür edirəm. İki dövlət arasında bir çox sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məqsədilə mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviq edilməsi yolu ilə potensial imkanların inkişaf etdirilməsi, eləcə də qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra tədbirdə çıxış edən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycan Ofisinin Ölkə direktoru xanım Park Kumok Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu qeyd edərək birgə layihələrin həyata keçirilməsinin üstünlüklərindən danışdı: "Azərbaycanda innovasiya iqtisadiyyatının qurulması prosesi Koreya Respublikasının xüsusi marağına səbəb oldu. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirir, "Ağıllı Körpü” layihəsinin iştirakçılarına innovativ biznes təşəbbüskarlığı istiqamətində uğurlar arzulayıram”.
Layihənin rəhbəri İsa Qasımov qeyd etdi ki, "Ağıllı Körpü” layihəsi əsasında, 2019-cu ilin 30 avqust-14 sentyabr tarixlərində keçirilmiş təlimlərdə 60-dan çox iştirakçı, o cümlədən 20-yə yaxın universitet, dövlət və biznesin müxtəlif sahələrindən nümayəndələr iştirak edib. Gənclərə Elmi araşdırma nədir və necə aparılır? Tədqiqat metodları; Elmi nəticələrin tətbiqi yolları; Tədqiqat resursları və onlara çıxış yolları; Elmi tədqiqat bazalarından effektiv istifadə yolları izah edilib. Aparılan müşahidələr, eləcə də təlimlərin sonunda keçirilən anket sorğularının nəticələrindən də aydın olur ki, biznes və elm-təhsil müəssislərindən gələn nümayəndələrin birgə iştirakı ilə keçirilən tədbirlər "Smart Bridge" layihəsi əsasında hədəflənmiş məqamları özündə əks etdirə bilib. Belə ki, layihənin iştirakçıları texnologiyanın transferi və elmin kommersiyalaşdırılması yolu ilə yeni biznes layihələrinin ərsəyə gətirilməsinə zəmin verən bilik və bacarıqlara yiyələnməklə yanaşı, effektiv layihə komandasının qurulması üçün işgüzar münasibətlər də formalaşdırıblar. Təlimlər zamanı iştirakçılarımız mövcud resursların daha effektiv istifadəsi məsələlərini müzakirə etməklə yanaşı, yeni biznes təşəbbüsləri ilə də çıxış etdilər”. .
Qeyd edək ki, tədbirin sonunda "Ağıllı Körpü” layihəsi çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olundu.







banner

Oxşar Xəbərlər