• cümə, 19 Aprel, 05:05
  • Baku Bakı 18°C

“Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verilib

08.11.17 17:42 2299
“Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əhmədova Afaq Elxan qızı tərəfindən "Ailədə teatr- tərbiyə üsulu kimi” layihəsinə start verilib. Layihə çərçivəsində teatr sənətinin sirləri onların azyaşlıların tərbiyəsindəki rolu və ailədə uşaqların tərbiyə olunmasında tətbiq olunması yollarının aşılanmasından danışılacaq. Və yekun olaraq dinləyicilər aldıqları tədrisin nəticəsi kimi nümunələr nümayiş etdirəcəklər. Belə ki, dinləyicilərin ailələrinin də iştirak edəcəyi yekun tədbirə qatılan ailələr rəmzi şəkildə tətbiq edilən yarışmada hər biri 5 dəqiqəlik ailə teatr tamaşası nümayiş etdirəcəklər. Layihənin müddəti 2 ay olmaqla, 25 oktyabr 2017-ci il – 25 dekabr 2017-ci il tarixlərini əhatə edəcəkdir. Layihə rəhbəri : Afaq Əhmədova, Təlimçi İntiqam Soltan Valideyn və övlad arasındakı ünsiyyətin aktivləşdirilməsi, uşaqların düzgün tərbiyə olunmasının əsasının təşkil edən amillərdən biridir.
Bu layihə həm də valideynlərin öz övladlarına yanaşma metodlarının dəyişməsində yardımçı olacaq. Onların övladlarına verəcəkləri tərbiyə üsullarının daha kreativ, təsirli və yaddaqalan edəcəkdir. Bizim layihəmizin əsas məqsədi evlərdə, ailələrdə görünməz teatrların yaradılmasıdır ki, bu da istər sənətin sevdirilməsi, istər teatrlardan tərbiyə üsulu kimi istifadə etməkdir.
İntiqam Soltan deyir ki, bu layihəni etməkdə məqsəd Azərbaycanda mədəni cəmiyyətin inkişafına öz töhfəmizi verməkdir: "Teatr ən gözəl canlı ünsiyyət və təbliğat vasitəsidir. Bundan istifadə edərək, uşaqların və gənclərin daha səmərəli maarifləndirməyə nail ola bilərik”.
Qeyd edək ki, layihə çərçivəsində ilk təlim 11 noyabr saat 16:00 da Sabunçu rayon Gənclər Evində keçiriləcək.
banner

Oxşar Xəbərlər