• cümə axşamı, 25 aprel, 13:34
  • Baku Bakı 23°C

AİİB TANAP-a 600 mln. dollar kredit ayırıb

22.12.16 09:45 930
AİİB TANAP-a 600 mln. dollar kredit ayırıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. "APA-Economics"xəbərverirki, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edənTANAPlayihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb.Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd.dollara çatıb.
banner

Oxşar Xəbərlər