• şənbə, 20 Aprel, 13:50
  • Baku Bakı 23°C

AİB TAP-a 1,5 mlrd. avro kreditin ayrılmasını təsdiq edib

07.02.18 11:10 605
AİB TAP-a 1,5 mlrd. avro kreditin ayrılmasını təsdiq edib
Avropa İnvestisiya Bankı Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avrohəcmində kreditin ayrılmasını təsdiq edib.
Bu barədə "APA-Economics” "Reuters” agentliyinə istinadən xəbər verir.
Bankın vitse-prezidenti Endryu MakDouvel (Andrew McDowell) bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq, Mərkəzi və Cənub-şərqi Avropada qaz mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
banner

Oxşar Xəbərlər