• şənbə, 20 Aprel, 08:55
  • Baku Bakı 14°C

AİB Azərbaycanda yeni sahələrdə layihələrin maliyyələşdirilməsini genişləndirməyə hazırdır

11.06.17 14:30 1271
AİB Azərbaycanda yeni sahələrdə layihələrin maliyyələşdirilməsini genişləndirməyə hazırdır
Asiya inkişaf bankı (AİB) Azərbaycanın kənd təsərrüfatında layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdı.
Bu barədə Trendə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.
Onun sözlərinə görə, hökümət üçün prioritet olan məsələ AİB üçündə əsas məsələdir: "Ona görədə əgər Azərbaycan höküməti bizim kənd təsərrüfatı sektorunda işləməyimizi lazım bilərsə, biz bu barədə layihələr baxmağa hazırıq".
O həmçinin bildirib ki, bank Azərbaycanda xüsusi orta təhsil sahəsinin inkişafı üçün maliyyə ayırmağa və təhsil nazirliyi ilə işləməyə hazırdır, əgər hökümət belə təklif verərsə.
banner

Oxşar Xəbərlər