• cümə, 19 Aprel, 04:39
  • Baku Bakı 18°C

AİB Azərbaycanda layihələrə 800 milyon dollardan çox vəsait ayırmağa hazırdır

14.09.18 12:00 437
AİB Azərbaycanda layihələrə 800 milyon dollardan çox vəsait ayırmağa hazırdır
Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illər ərzində Azərbaycanda layihələrə 815 milyon dollar ayırmağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə bankın yeni biznes-planında deyilir.
2019-2021-ci illər üçün biznes-plan energetika, təhsil, maliyyə, İKT, dövlət sektorunun idarə olunması, su və şəhər infrastrukturları və xidmətlər sahəsində layihələrə vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Əsas diqqət ölkənin enerji sisteminin müasirləşdirilməsi (335 milyon dollar) və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına (250 milyon dollar) verilir.
Həmin müddət ərzində bank həmçinin beş milyon dollar həcmində texniki yardım ayırmağı nəzərdə tutur.
Biznes-planda qeyd olunur ki, Asiya İnkişaf Bankı Azərbaycanda regional əməkdaşlıq və inteqrasiya üzrə təşəbbüslərin dəstəklənməsini davam etdirəcək.
banner

Oxşar Xəbərlər