• cümə axşamı, 28 mart, 18:14
  • Baku Bakı 13°C

Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub

17.05.17 16:00 1354
Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub
Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua Y. Hermandan Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya səfəri ilə bağlı izahat verilməsini istəyib.Belə ki, H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.
Qeyd edək ki, H. Zalber Gürcüstanın ərazi bütövlüyünə dair keçirilən Cenevrə danışıqlarında həmsədrlərdən biridir. O, 2014-cü ildə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Bundan əvvəl H. Zalber Almaniya Xarici İşlər Nazirliyində, Almaniyanın Serbiya, Avstriya və Rusiyadakı səfirliklərində çalışıb. O,ATƏT-nın Almatıdakı mərkəzinə vəATƏT-nın münaqişələrin qarşısının alınmasına dair mərkəzinə rəhbərlik edib.
banner

Oxşar Xəbərlər