AZE | RUS | ENG |


Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub

Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub
Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua Y. Hermandan Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya səfəri ilə bağlı izahat verilməsini istəyib. Belə ki, H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.
 
Qeyd edək ki, H. Zalber Gürcüstanın ərazi bütövlüyünə dair keçirilən Cenevrə danışıqlarında həmsədrlərdən biridir. O, 2014-cü ildə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Bundan əvvəl H. Zalber Almaniya Xarici İşlər Nazirliyində, Almaniyanın Serbiya, Avstriya və Rusiyadakı səfirliklərində çalışıb. O, ATƏT-nın Almatıdakı mərkəzinə və ATƏT-nın münaqişələrin qarşısının alınmasına dair mərkəzinə rəhbərlik edib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002