• çərşənbə axşamı, 19 mart, 11:40
  • Baku Bakı 8°C

Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib

16.07.19 12:53 18521
Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib
Avropa İttifaqı (Aİ) və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib.
Trend-in məlumatlna görə, bunu Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənubi Qaz Dəhlizi"nin iştirakçılarından biri olan Türkiyə ilə Aİ münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Aİ ilə Türkiyə arasında əməkdaşlıq potensialı çox yüksəkdir.
Vitse-prezident qeyd edib ki, layihə gələn il istismara veriləcək: "Bundan sonra Cənubi Avropa ölkələri, eləcə də Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Türkiyə ərazisi ilə nəql edilən Azərbaycan qazını alacaq".
banner

Oxşar Xəbərlər