• cümə, 29 Mart, 14:03
  • Baku Bakı 14°C

“Aİ və Gürcüstan arasında vizasız rejimin ləğvi planlaşdırılmır”

23.01.18 14:20 756
“Aİ və Gürcüstan arasında vizasız rejimin ləğvi planlaşdırılmır”
"Avropa İttifaqıvə Gürcüstan arasında vizasız rejimin ləğvinin müzakirə olunması planlaşdırılmır”.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə GürcüstanınAvropa İttifaqındakı (Aİ) nümayəndə heyətinin rəhbəri, səfir Nataliya Sabanadze ölkənin İctimai televiziyasına müsahibəsində deyib. O bildirib ki, Aİ tərəfindən Gürcüstan üçün vizasız rejimin dayandırılacağı ilə bağlı müzakirələrin aparılacağı barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil: "Bu məsələnin nəzərdən keçirilməsi mümkün deyil, lakin ümumilikdə Gürcüstan öz öhdəliklərini yerinə yetirməkdə davam etməlidir. Gürcüstan vətəndaşları tərəfindən də vizasız rejimin qaydalarının pozulmaması vacibdir”.
Qeyd edək ki, Aİ-də Gürcüstanla vizasız rejimin dayandırılması barədə müzakirələrin aparılacağı barədə məlumatlar yayılıb. Qeyd olunub ki, buna səbəb Gürcüstan vətəndaşları tərəfindən Aİ ölkələrində sığınacaq istəməklə bağlı müraciətlərin sayının artmasıdır. Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin mart ayının 28-də qüvvəyə minib. Gürcüstan vətəndaşları Şengen zonasında 180 gün müddətində maksimum 90 gün vizasız qala bilirlər.
banner

Oxşar Xəbərlər