Aİ və Azərbaycan arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti raundu dekabrın 15-də keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Diplomat qeyd edib ki, bu, sahəvi məsələlər üzrə videokonfrans olacaq.