• cümə axşamı, 25 aprel, 20:04
  • Baku Bakı 21°C

Aİ terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

18.12.16 09:15 928
Aİ terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirəcək
Aİ Kayseridə törədilən terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı bildirir və terrorla mübarizədə bu ölkə ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu təsdiqləyir.APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəriFederika MogeriniTürkiyə XİN rəhbəri Mövlud Çabuşoğlu ilə telefon danışığı zamanı bildirib.
"Aİ terrorun bütün təzahürlərini qəti pisləyir. Aİ terrorla mübarizədə Türkiyə hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu təsdiqləyir. Bütün təsisatların və siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi, qanun aliliyinə tam əməl olunması çox vacibdir”.
Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb. Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.
Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
banner

Oxşar Xəbərlər