• cümə axşamı, 18 aprel, 05:32
  • Baku Bakı 15°C

Aİ-nin səfiri: "İnanıram ki, Azərbaycanda daha inanılacaq statistika sistemi olacaq"

24.11.17 11:45 1310
Aİ-nin səfiri: "İnanıram ki, Azərbaycanda daha inanılacaq statistika sistemi olacaq"
""Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Dəstək" tvinninq layihəsiAvropa İttifaqıvə Azərbaycan Dövlət Statisika Komitəsi tərəfindən gerçəkləşdirilən ikinci layihədir".
APA-nın xəbərinə görə, bunuAvropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, layihə Azərbaycanda statistika sisteminin müxtəlif sahələrində Avropa standartlarının tətbiqini təmin edir: "Azərbaycanda statistikanınAvropa İttifaqıstandartlarına uyğunlaşdırılması çox xoşdur. İnanıram ki, hökumət, nazirlər yeni dünya xəritəsi, yeni iqtisadi məsələlərlə bağlı inanılan statistikaya ehtiyacduyur.
Nazirlərin iqtisadi islahatlarla bağlı düzgün qərar verə bilməsi üçün inanılan, tam, keyfiyyətli statistik məlumatların olması vacibdir. Məlumatların tam uyğunluğu və dəqiqliyi dəAvropa İttifaqıüçün önəmlidir.
Bizim dəstək olduğumuz birinci layihə 2012-ci ilin fevral ayında yekunlaşıb. O layihəyəAvropa İttifaqıtərəfindən 900 min avro ayrılmışdı".
Səfir əlavə edib ki, bu, sonuncu layihə deyil: "İşlər davam etdirilir və inanıram ki, yaxın gələcəkdə Azərbaycanda daha inanılacaq statistika sistemi mövcud olacaq".
banner

Oxşar Xəbərlər