• şənbə, 20 Aprel, 18:57
  • Baku Bakı 24°C

Aİ-nin eksperti: “ASAN xidmət”in fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir

12.10.17 09:15 892
Aİ-nin eksperti: “ASAN xidmət”in fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir
Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsi metodlarından məmnun qaldım. "ASAN xidmət” mərkəzlərində vətəndaşlara lazım olan bütün xidmətlər rahat formada, müasir texnologiyalar tətbiq edilməklə vahid bir məkandan göstərilir və beləliklə, onlar müxtəlif dövlət qurumlarına sənədlər toplamaq üçün getmirlər.
AZƏRTACxəbər verir ki, bu sözləri 5 saylı "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçısı, Avropa İttifaqının eksperti Stanislav Pavlovski jurnalistlərə müsahibəsində deyib.
"Bu, onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir və bu, yalnız alqışlana bilər. Azərbaycanda vətəndaşlar üçün yaradılan belə bir şəraitin öz ölkəm olan Moldovada da yaradılmasını arzulayıram”, - deyə S.Pavlovski əlavə edib.
banner

Oxşar Xəbərlər