AZE | RUS | ENG |

Aİ-nin Cənub Qaz Dəhlizinə verdiyi dəstək layihənin əhəmiyyətli olmasının bariz nümunəsidir

Aİ-nin Cənub Qaz Dəhlizinə verdiyi dəstək layihənin əhəmiyyətli olmasının bariz nümunəsidir
"Cənub Qaz Dəhlizi Xəzər bölgəsindən Avropaya qaz təchizatının təhlükəsizliyi və diversifikasiyasını təkmilləşdirməyi nəzərdə tutan layihədir".
 
"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən "Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" beynəlxalq konfransında "Bulqarqaz"ın İdarə Heyətinin sədri Botyo Velinov deyib.
 
Onun sözlərinə görə, bu mövcud infrastruktur Cənub-Şərqi Avropanın yeni qaz mənbələrinə çıxış əldə etməsini asanlaşdıracaq: "Bu da eyni zamanda təchizatın təhlükəsizliyinin, həm də enerji nəqli yollarının əhəmiyyətini göstərir. Bundan əlavə, Cənub Qaz Dəhlizi, həmçinin regionda və bütün Avropada havanın çirklənməsinin və havaya buraxılan karbon qazlarının azaldılmasına təsir göstərə bilər".
 
O qeyd edib ki, Aİ-nin layihəyə verdiyi dəstək, Cənub Qaz Dəhlizinin region və Avropa üçün nə qədər əhəmiyyətli olduğunun bariz nümunəsidir: "Bununla yanaşı, planlaşdırılan və tikinti mərhələsində olan interkonnektorlar bölgədəki qaz şəbəkələrinin əlaqələndirilməsində xüsusi rol oynayır və Cənub-Şərqi Avropa ölkələrini təhlükəsiz, rəqabət qabiliyyətli və əlverişli əmtəə ilə təmin edir. Qaz dəhlizinin marşrutu boyunca layihələrin maliyyələşdirilməsi də Avropa və dünya miqyasında kredit təşkilatlarının layihənin səhmdarlarına və onların planlarına olan güvəninin göstəricisidir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000